Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlı məhkum Moskvada təcridxanasında öldü

O, şəkər xəstəsi idi

Simsar.az-ın “Baltİnfo”-ya istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşı, 44 yaşlı şəxs 2009-cu ildə mütəşəkkil narkotik vasitə ticarəti ilə bağlı saxlanılıb. O, Moskvanın “Matrosskaya tşina” istintaq təcridxanasında şəkər xəstəliyindən vəfat edib. Dünən səhər saatlarında o, təcridxananın xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. 
Azərbaycan vətəndaşı indiyə qədər səhhətindəki problemə görə sərt rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilməyib. Onun ölümü ilə bağlı araşdırma aparılır.

13 İyun, 2011  20:39 Baxılıb: 1127

Bu bölmədə