Həbs olunan icra başçısının hakim oğlu: "Məni narahat etməyin”
Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin hakim oğlu Ramin Quliyevin səhhətində yaranan problemlə bağlı bülletenə çıxdığı bildirilir. Bir müddət əvvəl isə Nərimanov Rayon Məhkəməsində hakimin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub. Məsələni dəqiqləşdimək üçün Ramin Quliyevlə əlaqə saxladıq. O, Modern.az-a açıqlamasında mətbuatdan onu narahat etməməsini xahiş edib. “Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm. Buna görə kimsə narahat olmasın və məni də narahat etməyin”, - deyərək dəstəyi asıb. Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabr tarixində Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunub. Daha sonra o, ölkə başçısının sərəncamı icra başçısı vəzifəsindən çıxarılıb. Nizaməddin Quliyevin digər oğlu Ramal Quliyev özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində tutduğu vəzifəsindən azad olunub.
16 Yanvar, 2020 12:55 ⁄ Baxılıb: 1082
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |