Simsar.az | bizi özünüzə Simsar bilin
İqtisadi İnkişaf Nazirliyi futbol çempionatı keçirir

Turnir qurtuluş gününə həsr olunur

İqtisadi İnkişaf Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirliyin aparatının bölmələri və tabeliyində olan qurumlar arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş keçici kubok uğrunda mini-futbol çempionatına start verilib. 

Simsar.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 13 komandanın iştirakı ilə keçirilən çempionatda ilk dörd yeri tutan komandaya, fərqlənən idmançılara fəxri fərman və hədiyyələr veriləcək.
2009-cu ildən ənənəvi olaraq təşkil edilən və 4 yarımqrupda keçirilən çempionata iyunun 27-də başa çatacaq.

13 İyun, 2011  19:37 Baxılıb: 1157

Bu bölmədə