Simsar.az | bizi özünüzə Simsar bilin
Polisə təslim oldu

“Kral” şadlıq sarayını atəşə tutan şəxs silahı da təqdim edib

“Kral” şadlıq evinin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı istifadə olunmuş silah polisə təhvil verilib. Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 6-da Şəmsi Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən atəş şadlıq sarayına atəş açan şəxs Sənan Dünyamalıyevdir. 

O, könüllü olaraq Nərimanov RPİ 16-cı PB-yə gəlib və hadisə zamanı istifadə etdiyi “Shurshill” markalı ov tüfəngini təhvil verib.

Məsələ ilə bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, hadisə ilə bağlı qərəzli məqsədlə xuliqanlıq hadisəsi törətmə maddəsi ilə iş başlanılıb.

13 İyun, 2011  18:35 Baxılıb: 1102

Bu bölmədə