Simsar.az | bizi özünüzə Simsar bilin
Çingiz Abdullayevin ssenarisinə çəkilən film hazırdı

“Çevrilmiş dünya"-nın yaxın günlərdə Heydər Əliyev adına Respublika Sarayında nümayişi olacaq

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilmiş “Çevrilmiş dünya" filmi hazırdır. 
Bu barədə Simsar.az-a Ç.Abdullayev məlumat verib. Onun sözlərinə görə, filmin əsas sujet xəttini ata və oğul münasibətləri, həmçinin Azərbaycan və İran polis qüvvələrinin narkotikə qarşı birgə mübarizəsi təşkil edir.
“Çevrilmiş dünya" Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin təqdimatının Heydər Əliyev adına Respublika Sarayında keçiriləcəyi bəlli olsa da, vaxtı hələ müəyyənləşməyib.
Rejissoru Həsən Əbluc olan filmdə Azərbaycanın xalq artistləri Rasim Balyev, Fuad Poladovla yanaşı İranın məşhur aktyoru Məhəmməd Firutan da rol alıb.
Çəkilişlər Gəncədə, İranın Ənzəli və Tehran şəhərlərində həyata keçirilib.
“Çevrilmiş dünya" Ə.Əblucun yazıçının 9-cu ssenarisidir ki, rejissoru Ənvər Əblucdur.
Xalq yazıçısı Simsar.az-a açıqlamasında eksklüziv xəbər də verib: “Mənim sevimli alibim” adlı romanın ssenarisinə Rusiyada film çəkiləcək. Artıq ssenarimə görə qanorar da ödənilib. Həmin filmdə Rusiyanının məşhur aktyoru Yevgeni Mironov baş rol alıb".

Aynurə



12 İyun, 2011  01:35 Baxılıb: 4137

Bu bölmədə