Simsar.az | bizi özünüzə Simsar bilin
Elnur Məmmədli Rio-de-Janeyroya gedir

İyunun 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində cüdo üzrə kişi və qadınlar arasında “Böyük dəbilqə” turniri start götürəcək. 

Simsar.az-ın məlumatına görə, iki gün davam edəcək yarışda Azərbaycan 9 idmançı ilə təmsil olunacaq. Komandamızın heyətində kişilərdən İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), qadınlardan isə Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yer alacaq.

12 İyun, 2011  01:18 Baxılıb: 1206

Bu bölmədə