Simsar.az | bizi özünüzə Simsar bilin
Şamaxı yolunda qeyri-adi qəza

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi, 45 BL 581 dövlət nömrə nişanlı, “VAZ 21043” markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yol ayrıcına daxil olub.

7 Dekabr, 2019  13:36 Baxılıb: 1092

Bu bölmədə