Simsar.az | bizi özünüzə Simsar bilin
İdman yazarı vəfat etdi

 Aqşin Kazımzadə "Sovetski sport"un bölgə müxbiri də olub

Lent.az-ın məlumatına görə, əməkdar jurnalist, Həsən bəy Zərdabi adına “Qızıl qələm”, “İnam” milli mükafatlarının laureatı Aqşin Kazımzadə 74 yaşında dünyasını dəyişib. A.Kazımzadə sayılıb-seçilən tanınmış jurnalistlərimizdən olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda təhsil alarkən jurnalistikaya ilk qədəmlərini “Molodyoj Azerbaydjana” qəzetində qoyub. "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. "Bakinskiy raboçiy", "Vışka" və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. O, Azərbaycan futbolunun 100 illiyi münasibətilə mükafatlandırılan 33 idman yazarı arasında yer alıb. 

Allah rəhmət eləsin!

11 İyun, 2011  17:08 Baxılıb: 1291

Bu bölmədə