Simsar.az | bizi özünüzə Simsar bilin
Şamaxıda yolu keçmək istəyən kişini maşın vurdu

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Zərbalıyev Şahin Abdulbağı oğlunu vurub. O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.  Həkimlər Ş.Zərbalıyevin vəziyyətinin ağır olduğunu bildirir.  İlkin məlumatlara görə, hadisə Ş.Zərbalıyev avtomobildən enərək yolu keçmək istəyəndə baş verib.  Faktla bağlı araşdırma aparılır.(oxu)

30 Noyabr, 2019  12:23 Baxılıb: 1039

Bu bölmədə