Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Əhmədov: YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək

Azərbaycanda parlamentin buraxılması ilk dəfədir ki, baş verəcək. Lakin burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur.  Bunu YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.  Ə.Əhmədov YAP-ın deputatlığa namizədlərinin daha çox gənclər olacağını da anons edib. O bildirib ki, Azərbaycanda vətənpərvər, ağıllı və savadlı gənclər yetişir.

Onun sözlərinə görə, gələcəkdə YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək.

Xatırladaq ki, YAP Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət edib. (oxu)

28 Noyabr, 2019  16:27 Baxılıb: 867

Bu bölmədə