Simsar.az | bizi özünüzə Simsar bilin
Gəncədə 1-ci sinif şagirdi məktəbdə ölüb

Gəncədə bədbəxt hadisə baş verib. Hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib. Məktəb direktoru Elmira Yusifova 1-ci sinif şagirdinin ölümünə münasibət bildirərək deyib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcili tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.(apa)

26 Noyabr, 2019  16:23 Baxılıb: 1035

Bu bölmədə