Simsar.az | bizi özünüzə Simsar bilin
Yük avtomobillərinə qadağa

Rusiyaya yük aparan azərbaycanlı sürücülərin diqqətinə

Yay aylarında yolların dağılmasının qarşısını almaq üçün Rusiya Federal Yollar Agentliyi (Rosavtodor) gündüz vaxtlarında yük avtomobillərinin hərəkətinə məhdudiyyət tətbiq edib.

Simsar.az-ın “novgorodauto.ru”ya istinadla xəbərinə görə, havanın temperaturu 32 dərəcə selsini keçdiyi hallarda ağır tonnajlı yük avtomobillərinin federal əhəmiyyətli yollarda hərəkəti qadağan edilir. Qərar 15 iyun – 15 avqust tarixlərində qüvvədə olacaq. Hərəkətin qadağan edildiyi yollarda xüsusi bildirişlər olacaq. 

Qərar avtobuslara və aztonnajlı avtomobillərə şamil edilmir. Rusiya ərazisinə yük aparan azərbaycanlı sürücülərə də yolda əlavə vaxt itirməmək üçün sərhədi axşam saatlarında keçmək tövsiyə edilir.

Xatırladaq ki, oxşar qadağanı ötən il Ukrayna da tətbiq edib.

11 İyun, 2011  03:28 Baxılıb: 1240

Bu bölmədə