Pikassonun “Şlyapalı qadın”ı 6,9 milyon dollara satıldı
Pablo Pikassonun 1941-ci ildə çəkdiyi “Şlyapalı qadın” əsəri Torontoda “Heffel Fine Art Auction House” hərracında 9,1 milyon Kanada dollarına (6,9 ABŞ dolları) satılıb. TASS-ın məlumatına görə, bu barədə hərrac evinin saytında xəbər verilib. Kətan üzərində yağlı boya ilə çəkilən əsərdə Pikassonun ilham pərisi və sevgilisi Dora Maar təsvir olunub. Qeyd edək ki, Pikassonun çəkdiyi rəsmlər dünyanın ən bahalı əsərlərindən hesab olunur. Onun “Əlcəzairli qadınlar” əsəri ötən il hərracda 179,4 milyon dollara satılmışdı.
22 Noyabr, 2019 15:15 ⁄ Baxılıb: 1141
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |