Simsar.az | bizi özünüzə Simsar bilin
“Neftçi” Türkiyəyə yollandı

İyunun 22-dək qardaş ölkənin İsparta şəhərində təlim-məşq toplanışı keçəcək. 

“Neftçi” futbol klubu Çempionlar Liqasına hazırlıq məqsədilə Türkiyəyə yollanıb. Simsar.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri iyunun 22-dək qardaş ölkənin İsparta şəhərində təlim-məşq toplanışı keçəcək. 

Flaqman İspartada yerləşən "Davraz" otelində məskunlaşıb.

Qeyd edək ki, “Neftçi” hazırlıq prosesinin ikinci mərhələsini Avstriyada keçəcək.

11 İyun, 2011  01:12 Baxılıb: 1145

Bu bölmədə