Simsar.az | bizi özünüzə Simsar bilin
Lənkəranda 23 yaşlı gənc itib

Lənkəranda 23 yaşlı gənc itkin düşüb. "Report"un xəbərinə görə, noyabrın 8-də şəhərin S.Vurğun küçəsi, ev 9 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Tofiq Qurbanov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra gəncin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat veriblər. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

16 Noyabr, 2019  12:13 Baxılıb: 1051

Bu bölmədə