Simsar.az | bizi özünüzə Simsar bilin
Kürün suyu çoxalıb

Çayların indiki vəziyyəti bilindi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 60-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-150, Kiçik Qafqazın çaylarında 80-100, Naxçıvan MR-sı çaylarında isə normanın 80 faizini təşkil edir.


Tranzit çaylarına gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 567 m3/san, yəni ongünlük normanın 95 faizini (2010-cu ildə 472 m3/san olmaqla 79 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 187 m3/san, yəni ongünlük normanın 95 faizini (2010-cu ildə 151 m3/san olmaqla 77 faizini) təşkil edir.


Son günlər yağan yağışlarla əlaqədar Kür çayına tökülən çaylarda sululuğun artımı nəticəsində Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Son 4 gün ərzində Surra məntəqəsində suyun səviyyəsi 105 sm, Şirvanda 93 sm, Bankədə 28 sm, Salyanda 49 sm, Araz çayının Novruzlu məntəqəsində isə 95 sm artıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 693 sm (2010-cu il iyunun 10-da səviyyə 867 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 602 sm (2010-cu il iyunun 10-da səviyyə 797 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 555 sm (2010-cu il iyunun 10-da səviyyə 800 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 351 sm (2010-cu il iyunun 10-da səviyyə 460 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 425 sm (2010-cu il iyunun 10-da səviyyə 618 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.

10 İyun, 2011  22:47 Baxılıb: 1092

Bu bölmədə