Simsar.az | bizi özünüzə Simsar bilin
Polis Arif Hacılını saxladı

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb. Bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat yayıblar. Müsavatdan bildirilib ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb. Məlumata görə, Arif Hacılı ilə bərabər Qəzənfər Baxışov, Mərdan Mehdili, Mustafa Hacıbəyli, Valeh Hümmətoğlu, Qədim Soltanlı, Ramiz Xəlil, Zakir Məmmədzadə, İsa Alıyev həbs olunublar.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.(modern)

12 Noyabr, 2019  16:50 Baxılıb: 943

Bu bölmədə