Simsar.az | bizi özünüzə Simsar bilin
Qaçqın və köçkünlərdən rüsum tələb olunacaq

Məbləğ qanuna salındı

Milli Məclis «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» qanuna dəyişiklik edib.

APA-nın bildirdiyinə görə, dəyişiklik barədə Milli məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Komitə sədri bildirib ki, dəyişikliklə Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə, «Dövlət rüsumu haqqında» qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq. Bu rüsumun məbləği 5 manat təşkil edir.
Müzakirələrdən sonra dəyişikliklər təsdiqlənib.

10 İyun, 2011  21:36 Baxılıb: 1092

Bu bölmədə