Amaliya Pənahovanın abidəsi ucaldılıb
Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb. Məzarüstü abidə "Qurd qapısı" qəbiristanlığında qoyulub. Qeyd edək ki, Amaliya Pənahova ötən ilin noyabrında 73 yaşında vəfat edib.
A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
7 Noyabr, 2019 16:21 ⁄ Baxılıb: 874
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |