Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda özünü pis hiss edən sürücü qəza törətdi

Bakıda səhər saatlarında yol qəzası baş verib.

hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhər istiqamətində hərəkətdə olan "Hyundai ix 35" markalı avtomobil idarəetməni itirərək qarşısında, eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində prospektdə tıxac yaranıb.

11 Oktyabr, 2019  11:08 Baxılıb: 1222

Bu bölmədə