Simsar.az | bizi özünüzə Simsar bilin
Elmi dərəcəsi olanlar necə pensiya alacaq?

Səlim Müslümov açıqlama verdi

“Azərbaycanda hazırda 10723 nəfər elmi dərəcəsi olan şəxs var. Onlardan 1827 nəfəri elmlər doktoru, 8896 nəfər elmlər namizədidir. Elmləri dərəcəsi olan şəxslərin 5910 nəfəri pensiya yaşına çatmış şəxslərdir. Bunların da 1460 nəfəri elmlər doktoru, 4460 nəfəri isə elmlər namizədidir”.

Simsar.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanunun müzakirəsini zamanı çıxış edən Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov deyib.

O bildirib ki, ölkədə elmi dərəcəsi olan şəxslərin pensiyalarının artırılması üçün aylıq 830 min manat vəsait tələb olunur. Bu ilin ikinci yarımilində artımı həyata keçirmək üçün isə 6 milyon manat tələb olunur.

Komitə sədri deyib ki, elmi dərəcəsi olan şəxslərin pensiyalarının artırılmasından sonra onlar təqaüdə çıxan zaman indiki maaşlarının 80 faizi həcmində pensiya alacaqlar.

10 İyun, 2011  18:55 Baxılıb: 1121

Bu bölmədə