Simsar.az | bizi özünüzə Simsar bilin
Müəllimlərə pensiya həddi qoyulmadı

Ali məktəb müəllimləri 65 yaşından sonra da dərs deyə bilərlər

“Əmək pensiyaları haqqında” qanununa dəyişikliklər təsdiqləndi

İyunun 10-da Milli Məclisin növbədənkənar sessiyasında “Əmək pensiyaları haqqında” qanununa dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunub.


Simsar.az-ın məlumatına görə, Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli layihə barədə deputatlara məlumat verib. Dəyişikliklər deputatlar tərəfindən müzakirə edilərək, səsverməyə çıxarılıb. Səsvermə nəticəsində layihəyə dəyişikliklər təsdiq edilib. 


Qeyd edək ki, dəyişikliklərə görə, 65 yaş həddinə çatmış şəxslərin təqaüdə çıxması məsələsi ali təhsil müəssisələrində çalışan şəxslərə şamil edilməyəcək. Həmçinin, dəyişikliklərdə 25 il iş stajı olan elmlər doktorlarının pensiyasının baza hissəsinə 200 manat, elmlər namizədlərinin pensiyalarının baza hissəsinə isə 120 manat artırılması öz əksini tapıb.

10 İyun, 2011  18:44 Baxılıb: 1141

Bu bölmədə