Simsar.az | bizi özünüzə Simsar bilin
Ağ qan ( leykemiya)

Çuğundur şirəsi və çuğndurdan hazırlanmış yeməklər qanın tərkibini kifayət qədər yaxşılaşdırır və bundan başqa bütün bədxassəli xəstəliklərdə məsləhət görülür.

Turp və çuğundur salatı

2 əd. orta böyüklükdə çuğundur, 2 əd ağ turp, şəkər tozu və ya bal, çörəkotu və ya şühüd toxumu: Çuğundur və ağ turp yuyulur, təmizlənir, sürtkəcdən keçirilir. Üzərinə şirə (alma, limon, yaxud qarağat), şəkər tozu və ya bal, çörək otu yaxud şühüd toxumu əlavə edilib qarışdırılr.

Kişmişli çuğundur salatı.

3 əd. çuğundur, 2 xör. qaşığı kişmiş, 2 əd göy soğan, 2 xör. qaşığı mayonez, 2 xör. qaşığı qatıq, 1/2 stəkan su, limon duzu: Təmizlənmiş və yuyulmuş çuğundur uzun –uzun doğranılır, qazana tökülür, üzərinə yuyulmuş kişmiş, limon duzu və su əlavə edilib qaynadılır. Sonra soyumaq üçün kənara qoyulur. Soyuduqdan sonra üzərinə göy soğan ,mayonez və qatıq əlavə edilir.
Kub şəklində doğranmış qozlu çuğundur.

Çuğundur- 600 qr, bitki yağı -80 yağı, qoz ləpəsi -120 qr, yumurta- 2 əd, pomidor- 1 əd, xiyar- 1 əd, göyərti- 40 qr, duz , istiot zövqə görə: Təmizlənmiş və yuyulmuş çuğundur kub şəklində doğranılıb 15 dəq. bitki yağında pörtlədilir. Soyuduqdan sonra üzərinə duzla əzilmiş qoz ləpəsi əlavə edilir. Süfrəyə verilərkən pomidor və xiyar dilimləri, doğranmış soyutma yumurta, göyərti ilə bəzədilir.

İçi tərəvəzlə doldurulmuş çuğundur.

4 əd. orta böyüklükdə çuğundur, 1 əd. kök, 1 dəstə cəfəri, 1 əd. turp, 1 əd. baş soğan, ¼ stəkan qaynadılmış düyü, 50 qr. kərə yağı, 4 xör. qaşığı üyüdülmüş suxarı, ½ stəkan xama: Çuğundur yuyulur, qabıqlı halda bişirildikdən sonra təmizlənir və içi oyulur. Doğranmış kök bitki yağında pörtlədilir, üzərinə qaynadılmış düyü, cəfəri, soğan, turp əlavə edilir və çuğundurun içinə doldurulur. Çuğundurlar yağlanmış tavaya düzülür, üzərinə suxarı səpilib sobada bişirilir. Süfrəyə xama ilə birlikdə verilir.

Çuğundurlu keks.

Çuğundur- 2 əd, marqarin -50 qr, şəkər tozu- ½ stəkan, yumurta-3 əd, un- 2 stəkan, bıçağın ucunda çay sodası: Marqarin yumşaldılır, şəkər tozu və yumurta ilə çalınır. Üzərinə sürtkəcdən keçirilmiş çuğundur əlavə edilib 5-6 dəq. qarışdırılır. Sonra un, soda və duz qarışığı yavaş –yavaş əlavə edilib yenidən səylə qarışdırlır. Alınmış kütlə su ilə isladılmış xüsusi formalı qablarda sobada 25-30 dəq. bişirilir.

Çiy çuğundurdan kvas.

Çuğundur- 1 kq, su- 3 litr, qara çörək dilimləri. Yuyulmuş və təmizlənmiş çuğundur sürtkəcin iri gözündən keçirilib emallı qaba tökülür. Üzərinə ilıq qaynanmış su və qara çörək dilimləri əlavə edilir. 2-3 gün, otaq temperaturunda, arabir qarışdırılaraq saxlanılır. İçki xoşagələn tam və rəng alanda süzülüb soyudulur və şüşə qablara tökülür. Ağzı tıxacla bağlanır və soyuq yerdə saxlanılır. Borşların və çuğundur şorbalarının hazırlanmsaında istifadə olunur.


“Bordo” içkisi.

Çiy çuğundurdan hazırlanmış kvas – 1 litr, xama- 1 stəkan, 3-4 qaşıq doğranmış və duzlanmış göy soğan, 2 xör.qaşığı xırda doğranmış şühüd, şəkər tozu: Çuğundurdan hazırlanmış kvasa xama, soğan və göyərti tökülüb qarışdırılır və zövqə görə şəkər əlavə edilir. Soyuq şəkildə içilir.

“Tülpan” içkisi.

Çuğundur kvası- 0,5 litr, qatıq- 0,5 litr, 2 xör. qaşığı xırda doğranmış göy soğan, duz: Qatığa çuğundur kvasını əlavə edilir, səylə qarışdırılır, göy soğan və duz əlavə edilir. Soyuq şəkildə içilir.

10 İyun, 2011  17:28 Baxılıb: 4042

Bu bölmədə