Simsar.az | bizi özünüzə Simsar bilin
Salyanda köpü dağıldı

Cənub bölgələrinə yol bağlandı

İyunun 8-də gecə saatlarında Salyan rayonunda Ələt-Astara yolunun 81-ci kilometrliyində yol hadisəsi baş verib. Rayonun Şorsulu kəndinə gedən istiqamətdə Akkuşa çayı üzərindən keçən körpünün bir hissəsi çöküb. Bu barədə faktxeber.com saytı xəbər yayıb. Hadisə yerində olan saytın əməkdaşının verdiyi məlumata görə, 2 zolaqlı avtomobil yolundan ibarət körpüdə 2 kvadratmetrlik dəlik əmələ gəlib. 

Hadisə nəticəsində körpünün bir hissəsi hərəkət üçün yararsız vəziyyətə düşüb. Nəticədə avtomobillərin hərəkətində məhdudiyyətlər və tıxac yaranıb. Onu da deyək ki, bu körpünün çökməsi 7 rayonla əlaqənin kəsilməsi ilə nəticələnib. Hazırda ərazidə təmir-tikinti işləri aparılır. Həmin körpü bir həftə öncə əsaslı təmirdən sonra istifadəyə verilib. Bir həftəlik körpünün çökməsi isə təmirə xərclənən vəsaitlərin havaya sovrulması deməkdir.
Məlumata görə, körpünün təmiri ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Təmir-bərpa işləri bazar ertəsi axşam saatlarında başa çatacaq. Bu körpü ötən əsrin 60-cı illərində istismara verilib. Uzunluğu 28 metr, eni isə 8,7metrdir. Cənub bölgələrinə yalnız bu körpudən keçməklə getmək mümkündür.

müsavat.com

10 İyun, 2011  17:18 Baxılıb: 1236

Bu bölmədə