Simsar.az | bizi özünüzə Simsar bilin
Peşə məktəblərinə qəbul elan olundu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu elan edib. 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyunun 28-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbul komissiyalarına təqdim edərək, ərizələrini təsdiqlətməlidirlər. 

Sənəd qəbulu komissiyaları şənbə-bazar və bayram günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir. Əcnəbilər, vətəndaşlığı olmayan və xaricdə təhsil almış şəxslər sənədlərini TQDK-da və ya TQDK-nın regional bölmələrində yaradılmış sənəd qəbulu komissiyalarına təqdim etməklə ərizələrini təsdiq etdirirlər.

10 İyun, 2011  16:22 Baxılıb: 7609

Bu bölmədə