Allahşükür Paşazadə Moskvadadır
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin (RF MRİ) VII hesabat-seçki qurultayında iştirak etmək məqsədilə Moskvada səfərdədir. RF MRİ-nin hesabat-seçki qurultayı beş ildən bir keçirilir. Bu il qurultay ilk dəfə Moskva Cümə Məscidində baş tutur. VII hesabat-seçki qurultayı bu il 60 yaşını qeyd etmiş RF MRİ-nin banisi və rəhbəri müftü şeyx Ravil Qəynüddini yekdilliklə yenidən təşkilatın rəhbəri seçib. Qurultayda açıqlanan məlumata görə, RF MRİ bu gün Rusiyanın 53 subyektindən 2 mindən çox mərkəzləşdirilmiş və yerli müsəlman təşkilatlarını birləşdirir. İclasda 149 qurultay nümayəndəsi, federal və regional hökumət nümayəndələri, xaricdən dəvət olunmuş qonaqlar və jurnalistlər iştirak edir.
23 Sentyabr, 2019 16:41 ⁄ Baxılıb: 826
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |