İki türk hərbçisi şəhid oldu
İraqın şimalında iki türk hərbçisi şəhid olub. Trend-in məlumatına görə, hadisə PKK terror təşkilatı döyüşçülərinin Türkiyəyə məxsus hərbi konvoya hücum etməsi nəticəsində baş verib. Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiq edib. Qərargahdan verilən məlumata görə, hücumdan dərhal sonra Silahlı Qüvvələr PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. Qeyd edək ki, mayın 27-də Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində Pence ("Pəncə") adlı genişmiqyaslı əməliyyata başlayıb. Xatırladaq ki, müstəqil "Kürd dövləti"nin yaradılmasını tələb edən PKK ilə Türkiyə arasındakı münaqişə 40 ilə yaxındır davam edir. Bu illər ərzində 40 mindən çox insan həyatını itirib. PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.
23 Sentyabr, 2019 16:28 ⁄ Baxılıb: 1266
Bu bölmədə18 Oktyabr, 2023 Türkiyədə üçgünlük matəm elan olunub6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı21 Noyabr, 2022 Türkiyədə meşə yanğını başlayıb |