Bakıda dəhşət: psixi xəstə damarlarını doğrayıb küçəyə çıxdı, qohumunu öldürüb, özünə qəsd etdi
Bakıda dəhşətli qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Belə ki, rayonun Bilgəh qəsəbəsi, 28 May küçəsində, küçənin ortasında Abbasov Zakir Akif oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb. Hadisə yerindən 10 metr aralıda yerləşən elektrik transformatorunun kabinəsindən isə daha bir meyit aşkar edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, kabinədən tapılan meyit Bilgəh qəsəbə sakini, psixi xəstə, 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğluna məxsusdur. Araşdırmalar zamanı məlum olub ki, S.Rzayev əvvəlcə damarlarını doğrayaraq küçəyə çıxıb, qohumu və qonşusu olan 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu bıçaqla qətlə yetirib. Qohumunun öldüyünə əmin olan S.Rzayev yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
23 Sentyabr, 2019 11:58 ⁄ Baxılıb: 1006
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |