Simsar.az | bizi özünüzə Simsar bilin
Polis iş yerinin qarşısında özünü güllələdi

O, xidməti silahı ilə özünə qəsd edib

Ağsu rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, hadisə iyunun 9-da axşam saat 22:30 radələrində Ağsu rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb.

Polis şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Baxşıyev Asim Ərəstun oğlu xidməti tapançası ilə yol patrul maşınında özünü gülələyib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

10 İyun, 2011  15:38 Baxılıb: 1339

Bu bölmədə