Simsar.az | bizi özünüzə Simsar bilin
Vergilər Nazirliyi onlayn-qeydiyyat sistemi tətbiq edəcək

Simsar.az-ın verdiyi xəbərə görə bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Azərbaycanda onlayn-qeydiyyat sisteminin tətbiqi planlaşdırılır. Onlayn-qeydiyyat sistemi sahibkarlığın inkişafına dəstək məqsədilə aparılır. 

Simsar.az-ın verdiyi xəbərə görə bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Onun sözlərinə görə, birinci mərhələdə onlayn-qeydiyyata keçid fiziki şəxslər üçün həyata keçiriləcək.

“Konsepsiya çərçivəsində 2012-ci ilədək özəl şəxslərin onlayn-qeydiyyatı, “elektron imzalar” mexanizminin tətbiqindən sonra, 2014-cü ildən 2015-ci ilədək isə sahibkarların onlayn-qeydiyyatı üzrə təkliflərin hazırlanması planlaşdırılır.

Vergilər Nazirliyinin maddi-texniki bazası və kadr potensialı onlayn-rejimdə qeydiyyat sisteminə keçməyə imkan versə də prosesə başlamaq üçün bir sıra texniki məsələlərin həll edilməsi planlaşdırılır. Bu proses həmçinin elektron rəqəmli imzaların tətbiqindən asılıdır”.

Qeyd edək ki, gələcəkdə hüquqi şəxslərin də onlayn-qeydiyyata keçidi planlaşdırılır.

10 İyun, 2011  03:39 Baxılıb: 1164

Bu bölmədə