Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Quliyevdən daha bir qələbə

Həmyerlimiz Ramil Quliyev ötən gün daha bir mötəbər idman yarışında qələbə qazanıb. Minskdə keçirilən atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet, dünya və Avropa çempionu R.Quliyev 200 metr məsafəyə qaçışda birinci olub. O, 20,16 saniyə nəticə göstərərək yarışda bütün rəqiblərini qabaqlayıb.

11 Sentyabr, 2019  10:17 Baxılıb: 1228

Bu bölmədə