Bu ərazilərdə qaz olmayacaq
Bu gün səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən Simsar.az - a verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq. Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.
9 Sentyabr, 2019 11:07 ⁄ Baxılıb: 809
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |