Simsar.az | bizi özünüzə Simsar bilin
Adam öldürməkdə günahlandırılan şəxs DAK üzvü deyil

Sabir Rüstəmxanlı təkzib edir  

Bir neçə gün öncə 4-cü mikrorayon ərazisində, Seyidzadə 3 ünvanında Nadir Orucovun münaqişə zəminində tanışı Rövşən Rüstəmovu tapança ilə qətlə yetirməsi barədə məlumat yayılıb.  
Məlumatda həmçinin bildirilib ki, N.Orucov deputatlığa keçmiş namizəddir. O, Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan nümayəndəliyinin rəhbəridir.

DAK sədri Sabir Rüstəmxanlı isə N.Orucovun bu qurumla əlaqəsi olduğunu təkzib edir.

Qurumun mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumatda bildirilir ki, həmin şəxsin DAK-la heç bir əlaqəsi yoxdur və qeyd olunduğu kimi nəinki nümayəndəlik sədri deyil, eləcə də təşkilatda heç bir fəaliyyət göstərmir.

“Dünya Azərbaycanlıları Konqresi təşkilatın adının bu cür xoşagəlməz məlumatda hallanmağına etiraz edərək media qurumlarından DAK-a aid informasiya verərkən daha da diqqətli olmağı və dəqiqləşdirilmiş məlumatlar yaymağı xahiş edir” deyə məlumatda bildirilir.

Ramil

9 İyun, 2011  22:28 Baxılıb: 1044

Bu bölmədə