3 rayonda qaz təchizatı dayandırılıb
Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-cü km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı avqustun 18-i saat 16:50-dan etibarən təmir işləri başa çatanadək Göyçay şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.Verilən məlumata görə, bu gün səhər saat 08:25-dən etibarən isə eyni magistral qaz kəmərində aparılan təmir işləri ilə bağlı Ucar və Zərdab rayonlarının qaz təchizatı dayandırılıb. Qaz İxrac İdarəsinin məlumatına əsasən qaz təchizatının bərpası avqustun 20-i günün ikinci yarısına planlaşdırılır.
19 Avqust, 2019 16:02 ⁄ Baxılıb: 674
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |