Bakı-Sumqayıt yolunda qəza
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi adlanan ərazisində baş verən avtobus qəzası nəticəsində 5 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına müraciət edib. Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar. Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib. Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.(trend)
8 Avqust, 2019 11:40 ⁄ Baxılıb: 884
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |