Simsar.az | bizi özünüzə Simsar bilin
LEYLA ƏLİYEVA MƏQALƏ YAZDI

Gözlənilməyən, lakin heç şübhəsiz layiqli qələbə

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) “AMOR” jurnalının növbəti sayı çapdan çıxıb. AzərTAc-ın məlumatına görə, jurnalın baş redaktoru, eyniadlı qurumun sədri Leyla Əliyeva dərgidə Eldar və Nigar duetinin qələbəsi və növbəti “Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi barədə də danışıb.

Redaktor sütununda Azərbaycanı bu qələbə münasibətilə təbrik edən L.Əliyeva yazır: “Eldar və Nigar dueti çox gözəl idi. Gözlənilməyən, lakin heç şübhəsiz layiqli qələbədir. Azərbaycan bu müsabiqədə 2008-ci ildən çıxış etməyə başlayıb, biz bu mötəbər tədbirin Bakıda keçirilməsinə çox tez nail ola bildik. Əminəm ki, gələn il dünyaya çox gözəl şou göstərəcəyik. Bu şounu uzun müddət xatırlayacaqlar. Qələbəmizin doğurduğu emosiya və həyəcanı sözlə ifadə etmək mümkün deyildir. Hər birimizin ürəyi Azərbaycana, gənclərimizə görə qürur hissi ilə aşıb-daşır”.
“Biz bu qələbəni birlikdə qazanmışıq” deyən yazı müəllifi bildirir ki, bu qələbə ölkəmiz, mədəniyyətimiz, adətlərimiz və tariximizdən danışmaq üçün gözəl fürsətdir.

9 İyun, 2011  16:14 Baxılıb: 1154

Bu bölmədə