Müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edilib
Bu il müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edilib. Simsar.az - ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirdikləri mətbuat konfransında deyib. Onun sözlərinə görə, nəticələrin ləğvinə səbəb imtahan qaydalarının pozulmasıdır: "Ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmək, yanındakı namizəd ilə söhbət etmək olub. Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün sadalanan hallara yol verdiyinə görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib".
25 İyul, 2019 13:46 ⁄ Baxılıb: 698
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |