Simsar.az | bizi özünüzə Simsar bilin
Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb

İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən Simsar.az - a verilən məlumata görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

22 İyul, 2019  17:18 Baxılıb: 820

Bu bölmədə