DSX: Ermənilərin yaraladığı əsgərin durumu yaxşılaşıb
"Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bayramovun vəziyyəti yaxşılaşıb". Bunu DSX-nin Mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirov deyib. O bildirib ki, əsgər C.Bayramovun müalicəsi DSX-nin hospitalında davam etdirilir: "Yaralı əsgərin vəziyyəti artıq yaxşılaşıb, sağalmağa doğru gedir. Hər şey qaydasındadır. Həkim komissiyası qərar verdikdən sonra xəstəxanadan evə buraxılacaq. Hazırda müalicəsi davam edir". Qeyd edək ki, iyulun 18-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub. Düşmən Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini atəşə tutub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. DSX rəisi, general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
22 İyul, 2019 14:54 ⁄ Baxılıb: 847
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |