Televiziya açmaq üçün lisenziyanın məbləği azaldıla bilər
Nuşirəvan Məhərrəmli paytaxt üzrə ayrıca televiziya və radio kanalının açılması mümkündür Artıq Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya və radio yayımı üçün tələb olunan dövlət rüsumunun dəyişdirilməsi ilə bağlı müvafiq strukturlarla məsləhətləşmələr aparıb. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli deyib ki, bütün ölkəyə yayımlanan televiziyalar üçün əvvəlki kimi 11000 manat lisenziya məbləği nəzərdə tutulub: “Regional televiziya yayımı üçün 3000 manat, ölkə üzrə radio yayımı üçün 5000 manat, abonentlərin sayı 5000-ə qədər olan kabel şəbəkəsi üçün 3000 manat, abonentlərin sayı 5000-dən çox olan kabel televiziyaları üçün 6000 manat, peyk yayımı 1000 manat lisenziya məbləği təklif edilib”.
8 İyun, 2011 19:18 ⁄ Baxılıb: 3553
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |