Simsar.az | bizi özünüzə Simsar bilin
HƏYACAN DOĞURAN XƏBƏR-VİDEO

Günəşdə görünməmiş partlayış

Simsar.az-ın «The Sun Today»a istinadən verdiyi məlumata görə, dünən Günəşdə indiyədək görünməmiş partlayış baş verib. Astronomlar gördüklərindən heyrətə gəldiklərini bildirir. Onlar indiyədək Günəşdə bu həə partlayışın müşahidə olunmadığını söyləyir.

Astronomların sözlərinə görə, Günəşdə fəallıq dünən təxminən 3 saat davam edib və sonradan sakitləşib. Bununla yanaşı, mütəxəssislər partlayışın bu gün Yerdə güclü maqnit dalğası yaradacağını proqnozlaşdırır. Bu üzdən səhhəti hava şəraitinə qarşı həssas olan şəxslərdən ehtiyalı davranmaları istənilir.

Hazırda Günəş son 11 ildə ən fəal dönəmini keçirir.

8 İyun, 2011  18:41 Baxılıb: 1728

Bu bölmədə