17 yaşlı Ağdam sakini göldə boğularaq ölüb
Ağdam rayonunda 17 yaşlı oğlan boğularaq ölüb. Hadisə iyulun 11-i saat 17 radələrində rayonun Baharlı-2 qəsəbəsində baş verib. Mirəşelli kənd sakini, 2002-ci il təvəllüdlü Quliyev Elmir Yalçın oğlu qardaşı Akşin və dostları ilə birgə göldə üzərkən boğularaq ölüb. Rayon polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Araşdırma aparılır.(qafqazinfo)
12 İyul, 2019 12:19 ⁄ Baxılıb: 899
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |