Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbiçilərimiz qəzaya düşdü

3 nəfər xəsarət alıb

Aran-Mingəçevir yolunda avtomobil aşıb, 3 hərbçi xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün yolun 8-ci kilometrliyində qeydə alınıb.

Yevlax rayonundakı “N” saylı hərbi hissənin baş leytenantı, 1985-ci il təvəllüdlü Əliyev Rüfət Həsən oğlunun idarə etdiyi 10 UP 508 dövlət nömrə nişanlı, “Mercedes-180” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Rüfət Əliyev və onun hərbçi yoldaşları - 1982-ci il təvəllüdlü Bədəlov İsmayıl Əliyar oğlu və 1986-cı il təvəllüdlü Fərzəliyev Səxavət Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

8 İyun, 2011  17:23 Baxılıb: 1168

Bu bölmədə