Simsar.az | bizi özünüzə Simsar bilin
Növbəti daşqın və sel xəbəri

BƏZİ ÇAYLARDA DAŞQIN VƏ SEL GÖZLƏNİLİR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyun ayında Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450-580 kubmetr/saniyə, Araz çayının Qıvraq məntəqəsində 140-200 kubmetr/saniyə, Qanıx çayının Əyriçay məntəqəsində isə 160-240 kubmetr/saniyə gözlənilir.

Dağ çaylarında gözlənilən su sərfi proqnozuna gəlincə, bu ay Böyük Qafqazın Balakən-Şəki-Oğuz-Qəbələ bölgəsi çaylarında gözlənilən su sərfinin 4,5-8,5 kubmetr/saniyə, Quba-Qusar-Xaçmaz bölgəsi çaylarında gözlənilən su sərfinin 8,0-18,0 kub metr saniyə, Kiçik Qafqazın Daşkəsən-Gədəbəy bölgəsi çaylarında gözlənilən su sərfinin 6,5-10,5 kubmetr/saniyə, Naxçıvan MR çaylarında gözlənilən su sərfinin isə 1,5-8,0 kubmetr/saniyə təşkil edəcəyi proqnozlaşdırılır.

İyun ayının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın ərimə şiddətinin artması, eyni zamanda gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Balakənçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqın və sellərin keçəcəyi gözlənilir.

8 İyun, 2011  17:06 Baxılıb: 1177

Bu bölmədə