Simsar.az | bizi özünüzə Simsar bilin
Tərtər, Ağdam güllə-boran altında

İtki yoxdur

Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 7-də saat 21.30-dan 21.45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 8-də saat 00.10-dan 00.30-dək və 00.20-dən 00.40-dək Ağdam rayonunun Qaraqaşlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

8 İyun, 2011  14:39 Baxılıb: 1052

Bu bölmədə