Qazaxıstanda partlayış olub
Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib. Sputnik Kazaxıstan” bildirir ki, iyunun 24-də səhər saatlarında meydana gələn hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib. Hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb. Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Türküstan vilayətində 15 təxliyə məntəqəsi fəaliyyət göstərir. Hadisə yerinə fövqəladə hallar qurumunun 52 əməkdaşı, 12 yanğınsöndürən avtomobili cəlb edilib. Bundan başqa 4 texnika, 23 nəfərdən ibarət kinoloq heyəti hadisə yerində fəaliyyət göstərir. Türküstan vilayətinin başçısı Umirzak Şukeyevin başçılığı altında komissiya yaradılıb. Partlayışın səbəbi araşdırılır.(report)
24 İyun, 2019 12:16 ⁄ Baxılıb: 1023
Bu bölmədə18 Oktyabr, 2023 Türkiyədə üçgünlük matəm elan olunub6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı21 Noyabr, 2022 Türkiyədə meşə yanğını başlayıb |