Simsar.az | bizi özünüzə Simsar bilin
10 saylı cəzaçəkmə müəssisənin rəisi işdən çıxdı

Fikrət İsmayılov yaşına görə ədliyyə orqanlarından xaric edildi 

Azərbaycanda daha bir cəzaçəkmə müəssisəsinin rəisi təqaüdə göndərilib.

Hüquq-mühafizə orqanlarından Simsar.az-ın verilən məlumata görə, 10 saylı müəssisənin rəisi Fikrət İsmayılov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

Ondan əvvəl 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov və 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nahid Xəlilov təqaüdə göndərilmişdi.

Müəssisələrdə rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavinləri həyata keçirir.

Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.

7 İyun, 2011  22:34 Baxılıb: 2638

Bu bölmədə