Simsar.az | bizi özünüzə Simsar bilin
Zaqatala sakinindən 4 kq narkotik götürülüb

Zaqatala sakini külli miqdarda narkotiklə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Keçirilmiş tədbirlərin davamı olaraq R. Abdurahmanovun  yaşadığı evə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

19 İyun, 2019  11:24 Baxılıb: 634

Bu bölmədə