Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda kişi arvadının boğazını kəsib

Bakıda ər arvadının boğazını kəsib.  Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.  Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

10 İyun, 2019  11:12 Baxılıb: 755

Bu bölmədə