Azərbaycanda bu gün 9 saat TV və radio işləməyəcək
10 iyun tarixində Azərbaycan ərazisində teleradio yayımı dayandırılacaq. “Teleradio" İB-i xəbər verir ki, bu gün saat 06:00-dan 15:00-dək növbəti kompleks profilaktika işləri aparılacaq. Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilə olacaq. Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır. Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən 16 sentyabr tarixində aparılması nəzərdə tutulub.
10 İyun, 2019 10:13 ⁄ Baxılıb: 770
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |